Birxeber.az / Şolts: ABŞ-da prezident seçkisindən sonra beynəlxalq vəziyyət mürəkkəbləşə bilər

Şolts: ABŞ-da prezident seçkisindən sonra beynəlxalq vəziyyət mürəkkəbləşə bilər

31-01-2024, 17:50

ABŞ-da prezident seçkisinin nəticələri dünyada vəziyyəti “daha da çətinləşdirə” bilər və buna görə də Avropa İttifaqı (Aİ) güclənməlidir.

Birxeber.Az "Welt"ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts parlamentdə çıxışında deyib.

Kansler Şolts bildirib ki, Almaniya böhranların öhdəsindən gəlmək üçün Fransa ilə əməkdaşlığa etibar etmək istəyir və o, Fransa Prezidenti Emmanuel Makronla daim təmasdadır ki, hər iki ölkə bütün mövcud çağırışlara cavab verə bilsin.

“Fransa Prezidenti Emmanuel Makron və mən çox diqqətlə dünyada gözlənilən mümkün siyasi inkişafa təfərrüatlı şəkildə necə reaksiya verəcəyimizi razılaşdırmışıq. Bu, hamıya aydın olmalıdır: Əgər dünyada vəziyyət, məsələn, ABŞ-da seçkilərin mümkün nəticələrinə görə daha da çətinləşərsə, o zaman Avropa İttifaqı daha da güclənməlidir. Fransa və Almaniya bu vəzifəni öz üzərinə götürməlidir ki, bu, həqiqətən mümkün olsun. Avropa bizim ən güclü milli marağımızdır”, - Şolts qeyd edib.

Geri qayıt