Birxeber.az / "AzerGold" 2023-cü ildə 3 dizaynda qızıl və gümüş sikkələr istehsal edib

"AzerGold" 2023-cü ildə 3 dizaynda qızıl və gümüş sikkələr istehsal edib

31-01-2024, 17:50

2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli məhsulların pərakəndə satış bazarında da fəaliyyətini uğurla davam etdirib. Məqsəd zərgərlik bazarının inkişafını diqqətdə saxlamaqla yanaşı, sikkə nümunələrinin ehtiva etdiyi milli-mədəni, tarixi-mənəvi dəyərləri təbliğ etməkdir.

APA-Economics” xəbər verir ki, ötən il Səhmdar Cəmiyyət ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında “100 il və onun fövqündə bir irs” adlı limitli sayda unikal qızıl sikkənin istehsalını və təqdimatını həyata keçirib. “Smartminting” texnologiyası ilə 999.9 əyarlı qızıl sikkəyə 3 ölçülü relyef verilib.

Bundan başqa, Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycan çoxəsrlik dövlətçiliyi tarixində xüsusi yeri olan Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib. Eyni zamanda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nın 25 illiyi münasibətilə gümüş sikkə hazırlanaraq geniş ictimaiyyətə təqdim edilib.

Geri qayıt