Birxeber.az / Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır

Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır

31-01-2024, 17:40

Fransanın “Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə bir sıra KİV-lər məlumat yayıb.

Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı “Snecma” və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb.

“Safran Group” həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və “Patroller MALE” pilotsuz uçuş aparatları istehsal edir.

Geri qayıt