Birxeber.az / Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi olub

31-01-2024, 17:40

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi reallaşıb.

“Report” TASS istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, yanvarın 31-də danışıqlar prosesi nəticəsində əsirlikdə olan 195 Rusiya hərbi qulluqçusu Ukraynanın ərazisində geri qaytarılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə “X” hesabında 207 ukraynalı əsirin geri qaytarıldığını vurğulayıb.

Qeyd edək ki, bu, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində baş vermiş təyyarə qəzasından sonra ilk əsir mübadiləsidir. Məlumata görə, "İl-76" markalı hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 74 əsir, 2 müşayiətçi və 6 ekipaj üzvü olub.

Geri qayıt