Birxeber.az / Avropa Superliqası UEFA-ya xəbərdarlıq edib

Avropa Superliqası UEFA-ya xəbərdarlıq edib

31-01-2024, 17:40

Avropa Superliqası rəsmi məktubla UEFA-ya xəbərdarlıq edib.

“Birxeber.Az” xəbər verir ki, yarışın təşkilatçıları qitə futbol qurumunu qanunsuz rəqabətdən çəkinməyə çağırıb.

Bildirilib ki, əks təqdirdə Superliqa rəhbərliyi sərt addımlara əl atacaq: “UEFA-nın şirkətimizə, onun biznes təşəbbüslərinə və liderlərinə qarşı davranışından dərin narahatlığımızı bildiririk. UEFA-nın hərəkətlərinin yalnız bir məqsədi var - rəqibləri Avropanın klublararası yarış bazarından kənarlaşdırmaq. Bu, qanunsuzdur. Bu cür rəqabətə zidd davranışın şirkətə, onun layihələrinə və tərəfdaşlarına vurduğu və vurmaqda davam etdiyi maddi ziyana görə həm bərpaedici tədbirlər, həm də kompensasiya tələb etməklə UEFA-ya, onun rəhbərliyinə qarşı yurisdiksiyalarda müvafiq addımlar atmaq hüququmuzu qoruyuruq”.

Qeyd edək ki, UEFA və FIFA-nın Superliqa ilə bağlı tətbiq etdiyi qadağa qərarını Avropa məhkəməsi 2023-cü il dekabrın 21-də ləğv edib.

Geri qayıt