Birxeber.az / Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

31-01-2024, 17:40

Ölkə üzrə 1000 seçki məntəqəsində - ümumi seçki məntəqəsinin 20 faizində veb-kameralar quraşdırılıb.

"Birxeber.Az"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.
Məntəqələrə veb-kameraların quraşdırılması 2010-cu ildə Azərbaycan prezidentinin özünün ideyası idi. O zamandan bu təcrübə tətbiq edilir".

Geri qayıt