Birxeber.az / Yunanıstan Qırmızı dənizdə Aİ-nin donanmasına komandanlıq etməyə hazırdır

Yunanıstan Qırmızı dənizdə Aİ-nin donanmasına komandanlıq etməyə hazırdır

31-01-2024, 16:50

Yunanıstan Qırmızı dənizdə yük gəmilərini husilərin hücumundan qorumaq üçün yaradılacaq Avropa İttifaqının donanma missiyasına komandanlıq etməyə hazırdır.

Birxeber.Az "ekathimerini.com" saytına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias iclasdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müdafiə nazirlərinin qeyri-formal iclasında dəniz missiyasına komandanlıq etməyi təklif edəcək.

Dendias əlavə edib ki, Yunanıstanın mərkəzində yerləşən Larissa hərbi bazası bu missiyanın operativ qərargahı ola bilər.

Geri qayıt