Birxeber.az / Sabunçuda silahlı şəxslər tutulub - VİDEO

Sabunçuda silahlı şəxslər tutulub - VİDEO

31-01-2024, 16:50

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub.

N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Bundan başqa, Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Elçin Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Həmçinin Şöbə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı rayon sakini olan ümumilikdə 9 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.

Geri qayıt