Birxeber.az / Rusiya ilə Ukrayna 195 hərbçinin qarşılıqlı mübadiləsini həyata keçirib

Rusiya ilə Ukrayna 195 hərbçinin qarşılıqlı mübadiləsini həyata keçirib

31-01-2024, 16:50

Rusiya ilə Ukrayna arasında növbəti əsri mübadiləsi həyata keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar nəticəsində Ukrayna tərəfi 195 rusiyalı hərbçi əsiri geri qaytarıb.

Rusiya MN Moskvanın Ukrayna tərəfinə də eyni sayda, 195 ukraynalı hərbçini təhvil verdiyini açıqlayıb. Ukrayna Prezidenti Vladimir Zelenski paylaşım edərək 207 nəfərin Rusiya əsirliyindən xilas edildiyini bildirib. O bura hərbçi və mülki şəxslərin daxil edildiyini vurğulayıb.

Qeyd edək ki, bu, Belqorod vilayətində 74 ukraynalı hərbi əsirin olduğu İl-76 hərbi nəqliyyat təyyarəsinin havada vurulmasından sonra həyata keçirilən ilk əsir mübadiləsidir.

Geri qayıt