Birxeber.az / Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin posteri təqdim edilib

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"nin posteri təqdim edilib

31-01-2024, 16:40

Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Bu barədə "Birxeber.Az"a ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında gerçəkləşəcək. Turnirə biletləri "iticket.az" saytından əldə etmək mümkündür.

Geri qayıt