Birxeber.az / Sabirabadda tibb məntəqəsi yanıb

Sabirabadda tibb məntəqəsi yanıb

31-01-2024, 16:40

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt