Birxeber.az / Almaniyada 144 mindən çox insan AfD-yə qarşı etiraz aksiyasına çıxıb

Almaniyada 144 mindən çox insan AfD-yə qarşı etiraz aksiyasına çıxıb

21-01-2024, 11:50

Şənbə günü 144 mindən çox insan sağçı ekstremizmə və Almaniya üçün Alternativ (AfD) partiyasına etiraz olaraq Almaniya şəhərlərində küçələrə çıxıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Welt yazır.

Polisin məlumatına görə, Hannoverdə nümayişə 35 min, Frankfurtda eyni sayda, Karlsruhedə 20 min, Halledə 16 min, Kasseldə 12 min, Ulmda 10 min, Erfurtda 6 min, Koblenzdə 5 min, Frayburqda 5 min adam toplaşıb. Almaniyanın bir sıra kiçik şəhərlərində də etiraz aksiyalarının keçirildiyi dəqiqləşdirilir.

Bundan əvvəl Almaniyada ifrat sağçı qüvvələrə qarşı Hamburqda 80 minə yaxın insanın iştirak etdiyi mitinqin keçirildiyi bildirilirdi.

Yanvarın 19-da məlum olub ki, Almaniya Almaniya üçün Alternativ partiyasına qadağa qoyulmasını müzakirə edir. Jurnalistlərin fikrincə, miqrantların Afrikaya deportasiyasını müzakirə etdikləri iclasda nümayəndələrin iştirakına görə partiya cavab verməli olacaq.

Geri qayıt