Birxeber.az / Naxçıvanda şagirdlər üçün monitorinq imtahanları ilk dəfə mərkəzləşmiş qaydada keçiriləcək

Naxçıvanda şagirdlər üçün monitorinq imtahanları ilk dəfə mərkəzləşmiş qaydada keçiriləcək

31-01-2024, 16:40

Naxçıvanda ilk dəfə şagirdlər üçün monitorinq imtahanları mərkəzləşmiş qaydada keçiriləcək

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu məqsədlə müvafiq proqram təminatı və mexanizmin yaradılmasına başlanılıb. Hazırda monitorinq imtahanlarının təşkili üçün tender yolu ilə alınan avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb. Bundan sonra IV-VIII siniflər üzrə ümumi, IX-XI siniflər üzrə isə buraxılış və qəbul formatında olmaqla tədris ili ərzində 6 monitorinq imtahanının keçirilməsi nəzərdə tutulur.

Geri qayıt