Birxeber.az / Şimali Koreya parlamentinin keçmiş sədri Choi Thae Bok vəfat edib

Şimali Koreya parlamentinin keçmiş sədri Choi Thae Bok vəfat edib

21-01-2024, 11:50

KXDR Ali Xalq Məclisinin keçmiş sədri Çoi Thae Bok vəfat edib. O, bu vəzifəni hamıdan çox tutub - 1998-ci ildən 2019-cu ilə qədər.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, KXDR lideri Kim Çen In yanvarın 21-də onun xatirəsini ehtiramla yad edib və onun adından əklil qoyulub.

Yonhap Agentliyinin qeyd etdiyi kimi, Choi Tae Bokun 93 yaşı var idi.

Geri qayıt