Birxeber.az / İraqın şimalında keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib

21-01-2024, 11:50

İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində keçirilən hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada “Türkiyə Silahlı Qüvvələri polad caynaqları ilə terror yuvalarını məhv etməyə davam edir” bildirilib.

Açıqlamada, "İraqın şimalındakı Pəncə-Kilid əməliyyatı bölgəsində müəyyən edilən 10 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Soylu millətimizi terror bəlasından xilas etmək üçün böyük əzmlə mübarizəmizi davam etdiririk" ifadələri qeyd edilib.

Geri qayıt