Birxeber.az / Azərbaycan Kuboku tarixinin darmadağınları - ARAŞDIRMA

Azərbaycan Kuboku tarixinin darmadağınları - ARAŞDIRMA

31-01-2024, 15:40

Azərbaycan Kuboku tarixində 63-cü dəfə 6 və daha böyük top fərqi ilə nəticə qeydə alınıb.

“Report”un araşdırmasına görə, bu, cari mövsümün 1/4 final mərhələsində keçirilən “Sabah” – “Qarabağ” görüşünə təsadüf edib.

Ötən gün “Bank Respublika Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.

1992-ci ildən bəri təşkil olunan Azərbaycan Kuboku təkcə 2002/2003 mövsümündə keçirilməyib. 32-ci dəfədir baş tutan ölkə kubokunda yalnız 7 mövsüm - 1992, 2010/2011, 2011/2012, 2018/2019, 2019/2020, 2020/2021 və 2022/2023 mövsümlərində 6 və daha böyük top fərqi ilə darmadağın olmayıb.

Bu baxımdan rekord 14:0-dır. Həmin nəticə tarixdə iki dəfə yaşanıb. 1997/1998 mövsümündə Azərbaycan U-18 yığması HHQ-nin, 2003/2004-də isə “Şəfa” “Lider-Qarabağ”ın qapısından 14 cavabsız top keçiriblər.

Həmçinin iki dəfə 12, bir dəfə 11, üç dəfə 10, dörd dəfə 9, doqquz dəfə 8 top fərqi ilə qalib gələn komandalar olub. 7 top fərqi 14, 6 top fərqi isə 28 dəfə qeydə alınıb.

Ümumiyyətlə, Azərbaycan Kuboku tarixində 304 görüşdə (texniki məğlubiyyətlər istisna olmaqla) böyükhesablı nəticə olub. Bura 3 top və daha böyük fərqli hesablar daxildir. Oyunlarda 127 dəfə üç, 63 dəfə dörd, 51 dəfə isə beş qol fərqi ilə komandalardan biri qələbə qazanıb.

Azərbaycan Kuboku tarixində 6 və daha böyük top fərqi ilə nəticələr:

1997/1998. Azərbaycan U-18 yığması – HHQ 14:0

2003/2004. “Şəfa” – “Lider-Qarabağ” 14:0

1997/1998. “Kür-Nur” - “Babək-44” 12:0

1997/1998. “Qarabağ” – “Naftalan” 12:0

1995/1996. “Kəpəz” – “LDU Xəzər” (Lənkəran) 12:1

2001/2002. “Şəfa” - “Xəzər” (Lənkəran) 12:2

1993. “Kürmük” – “Göyçay” 10:0

2008/2009. “Bakı” – “Qafqaz Universiteti” 10:0

1999/2000. “Dinamo” – “Dəniz neftçiləri” 10:1

1993/1994. “Kür-Nur” – “Plastik” (Salyan) 9:0

2005/2006. “Xəzər-Lənkəran” - “Şərur” 9:0

2006/2007. “Xəzər-Lənkəran” – “İnter-2” 9:0

2000/2001. “Kəpəz” – “Xəzər” (Lənkəran) 9:1

2000/2001. “Dinamo-Bakılı” - “Narzan” (Gədəbəy) 9:1

2006/2007. “Bakı” - “Rote-Fahne” (Tovuz) 9:1

1994/1995. “Kəpəz” – “Daşqın” 8:0

1995/1996. “Ümid” (Cəlilabad) – “Qobustan” 8:0

2006/2007. “Qarabağ-2” – “Şərur” 8:0

2008/2009. “Spartak” (Quba) - “Simurq” 0:8

2015/2016. “Neftçi” – “Qaradağ-Lökbatan” 8:0

2017/2018. “Qəbələ” – “Mil-Muğan” 8:0

1994/1995. “Xəzər” (Lənkəran) – “Xəzər” (Sumqayıt) 1:8

2003/2004. “Lider-Qarabağ” - “Şəfa” 1:8

2006/2007. “MKT-Araz” – “Xocavənd” 8:1

1993. “İnşaatçı” (Sabirabad) – “Çıraqqala” (Siyəzən) 7:0

1993/1994. OİK – “Göyçay” 7:0

1993/1994. “Xəzər” (Sumqayıt) - AZAL 7:0

1998/1999. “Qarabağ” - “Şəhriyar” (Biləsuvar) 7:0

2004/2005. “MKT-Araz” - “Viləş” 7:0

2006/2007. “Turan” – “Qaradağ” 7:0

2007/2008. “Şahdağ” (Qusar) – “Neftçi” 0:7

2012/2013. “Qaradağ-Lökbatan” – “Lokomotiv” 7:0

2013/2014. “İnter” – “Şuşa” 7:0

2015/2016. “Qəbələ” – “Mil-Muğan” 7:0

2023/2024. “Şəfa” - “Səbail” 0:7

2006/2007. “Gənclərbirliyi” – “MKT-Araz-2” 8:2

2023/2024. “İrəvan” – “Araz-Naxçıvan” 2:8

1995/1996. “Qobustan” – “Sahil” 7:1

1995/1996. “Qum adası” – “Qaradağ” 7:1

1995/1996. “Sumqayıt” – “Gənclik” (Sumqayıt) 7:1

1995/1996. “Kəpəz” – “Pambıqçı” (Neftçala) 7:1

1997/1998. “Xəzri” – “Dalğıc” ADNŞ 7:1

2008/2009. “Simurq” – “Spartak” (Quba) 7:1

2023/2024. “Sabah” – “Qarabağ” 1:7

1993. “Neftçi” – OİK 6:0

1993. “Qarabağ” - “Avey” (Ağstafa) 6:0

1993/1994. “Energetik” (Əli-Bayramlı) – “Bibiheybət” 6:0

1993/1994. “Bakı fəhləsi” – “Metallurq” (Sumqayıt) 6:0

1995/1996. “Ehtiyat Əmək Qüvvələri” – “Səbayil” 6:0

1996/1997. “Xəzri” - “Kür-Nur” 6:0

1997/1998. “Şəmkir” – “Qara bəbir” (Beyləqan) 6:0

1998/1999. “Dinamo” - “Dinamo-2” 6:0

2001/2002. “Qarabağ-Azərsun” – “Şilavar” (Lənkəran) 6:0

2006/2007. “Gənclərbirliyi” – “Karvan-2” 6:0

2006/2007. “Gilan” – “Şahdağ” (Quba) 6:0

2007/2008. “Gənclərbirliyi” - “Ədliyyə” 6:0

2009/2010. “Bakı” – “Bakılı” 6:0

2014/2015. “Simurq” – “Rəvan” 6:0

2016/2017. “Qarabağ” – “Sumqayıt Şəhər” 6:0

2021/2022. “Qarabağ” – “Keşlə” 6:0

2023/2024. “Baku Sportinq” - “Kürmük Qax” 6:0

2023/2024. “Lerik” - “Sumqayıt” 0:6

2023/2024. “Səbail” – “Şamaxı” 6:0

Geri qayıt