Birxeber.az / Rusiyalı iş adamının aktivləri ilk dəfə Ukrayna büdcəsinə daxil olub

Rusiyalı iş adamının aktivləri ilk dəfə Ukrayna büdcəsinə daxil olub

31-01-2024, 13:50

Rusiyalı iş adamının sanksiyalar nəticəsində ələ keçirilən aktivləri ilk dəfə Ukrayna büdcəsinə daxil olub.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Əmlak Fondunda bildirilib.

Qeyd olunub ki, ilk dəfə sanksiyalar nəticəsində ələ keçirilən 850 min dollar Ukrayna büdcəsinə daxil olub.

Köçürülən məbləğə Rusiyanın Xerson qubernatoru elan etdiyi Vladimir Saldonun əmanətləri və Oleq Deripaskaya məxsus şirkətlərdən birinin vəsaitinin daxil olduğu açıqlanıb.

Geri qayıt