Birxeber.az / Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

31-01-2024, 13:40

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alen Simonyan bildirib.

“Biz əsasən regional məsələləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə etdik. Bundan başqa, Ermənistan və Çexiya arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri barədə danışıqlar apardıq”, - o qeyd edib.

Geri qayıt