Birxeber.az / “AL Market”dən “Səndən ötrü qan verməyə cümlə hazırıq!” aksiyası - FOTO

“AL Market”dən “Səndən ötrü qan verməyə cümlə hazırıq!” aksiyası - FOTO

31-01-2024, 12:50

“AL Market” və Mərkəz Qan Bankının birgə təşkilatçılığı ilə “AL Market”in mərkəz ofisində “Səndən ötrü qan verməyə cümlə hazırıq!” şüari ilə qanvermə aksiyası həyata keçrilib.

Qan ehtiyacı olan həmvətənlərimizə dəstək üçün təşkil edilən kampaniyada əməkdaşlar aktiv iştirak ediblər.

Qanvermə prosesindən öncə Mərkəzi Qan Bankının həkim heyəti müvafiq yoxlanışlar apararaq, uyğun şəxslərdən qan analizləri alındıqdan sonra həyata keçirib.

Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

Videonun izlənilməsi üçün keçid:

https://youtu.be/bUyi2o2s7g8

Geri qayıt