Birxeber.az / Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb, vəziyyətləri ağırdır - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb, vəziyyətləri ağırdır - YENİLƏNİB

Dünən, 21:40

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə "Birxeber.Az"a TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - deyə qeyd olunub.

20:39

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

"Birxeber.Az"un Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Geri qayıt