Birxeber.az / FİFA prezidenti irqçiliyə görə cəza təklif edib

FİFA prezidenti irqçiliyə görə cəza təklif edib

21-01-2024, 11:40

Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino azarkeşləri irqi zəmində futbolçulara hörmətsizlik edən klublara texniki məğlubiyyət verilməsini istəyib.

“Report” xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib.

“Udinedə baş verən hadisələr qəbuledilməz və iyrəncdir. İrqçilik və digər ayrı-seçkiliyin futbolda və cəmiyyətdə yeri yoxdur. Şənbə günü baş verən hadisələrdən təsirlənən futbolçulara tam dəstəyimi bildirirəm.

Üç mərhələli prosesə əlavə olaraq, azarkeşləri irqçi olan və matçın ləğvinə səbəb olan komanda üçün avtomatik məğlubiyyət tətbiq etməli, həmçinin irqçilərin bütün dünyada stadionlara gəlməsini qadağan etməli və onların mühakimə olunmasını təmin etməliyik”, - İnfantino yazıb.

Geri qayıt