Birxeber.az / Nazir: “Rusiya ilə təcrübə mübadiləsi fəaliyyətimizin təşkilində mühüm rol oynayıb”

Nazir: “Rusiya ilə təcrübə mübadiləsi fəaliyyətimizin təşkilində mühüm rol oynayıb”

31-01-2024, 12:40

Rusiyanın kadr hazırlığında yardımı, xüsusi texnikaları tədarük etməsi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyətinin qurulmasında mühüm rol oynayıb.

“Report” xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyinin (Rusiya FHN) nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu sahədə Azərbaycan və Rusiyanın nazirlikləri arasında mövcud qanunvericilik bazası əməkdaşlıq üçün möhkəm zəmin yaradıb:

“Sevindirici haldır ki, bu gün aramızda əməkdaşlıq haqqında daha bir sənəd imzalanacaq”.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır.

Geri qayıt