Birxeber.az / Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

21-03-2023, 23:00

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

“Birxeber.Az” xəbər verir ki, təbrikdə deyilir:

“Pakistan xalqı adından və şəxsən öz adımdan qardaş Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”.

Geri qayıt