Birxeber.az / NATO: Ola bilsin, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş gözləyir

NATO: Ola bilsin, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş gözləyir

31-01-2024, 11:50

Türkiyə bizim üçün çox mühüm müttəfiqdir, eyni zamanda, Cənubi Qafqaz regionu ilə sərhədləri olan yeganə müttəfiqdir və buna görə həm də bölgədə aparıcı aktordur.

APA xəbər verir ki, bunu "armenpress"ə müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib ki, Türkiyə ilə hər mövzuda çox səmimi dialoq mövcuddur.

“Türkiyə bilir ki, biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Düşünürəm ki, Türkiyə bu istiqamətdə irəliləyiş əldə etməyə hazırdır. Bilmirəm, ola bilsin, onlar həqiqətən də əvvəlcə Ermənistan-Azərbaycan münasibətlərində müəyyən irəliləyiş gözləyirlər. Bu, yəqin ki, mülahizələrdən biri ola bilər, amma düşünürəm ki, onlar bu istiqamətdə irəliləməkdə həqiqətən maraqlıdır. Mən müttəfiqlərimizin xarici siyasətinin, daxili siyasətinin detallarına toxuna bilmərəm, amma hesab edirəm ki, biz bu haqda danışmışıq da, bu (Türkiyə və Ermənistan arasında normallaşma - red.) baş verərsə, çox müsbət hal olar”, - NATO rəsmisi vurğulayıb.

Geri qayıt