Birxeber.az / Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib

Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib

31-01-2024, 11:40

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları həyata keçirilərkən 9,5 milyon manata və yaxud dövlət büdcəsindən ayrılmış vəsaitin 16 %-nə qənaət edilib.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qənaətin 92,5 %-i açıq tender üsulu ilə, 0,03 %-i təkliflər sorğusu üsulu ilə, 7,47 %-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Bundan başqa, ötən il Naxçıvanda ümumi dəyəri 59,2 milyon manat olan 531 müsabiqə əsaslı satınalma keçirilib. Bunun 59,1 %-i kotirovka sorğusunun, 38,6 %-i açıq tenderin, 2,3 %-i isə təkliflər sorğusunun payına düşüb.

Geri qayıt