Birxeber.az / Taleh Kazımov: "2023-cü ildə CƏB-in profisiti 10 milyard dollara yaxın olacaq"

Taleh Kazımov: "2023-cü ildə CƏB-in profisiti 10 milyard dollara yaxın olacaq"

31-01-2024, 11:40

2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏB) profisiti 9-10 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"2024-2025-ci illərdə Azərbaycanın tədiyə balansının cari hesabının orta illik profisitinin 7,5 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır", - T.Kazımov qeyd edib.

Geri qayıt