Birxeber.az / “Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə seminar keçirilib

“Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə seminar keçirilib

31-01-2024, 11:40

“Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.

“Report” xəbər verir ki, U-15, U-16, U-17 və U-19 komandaları üçün nəzərdə tutulan seminara akademiyanın koordinatoru Rasim Əliyev rəhbərlik edib.

O, oyun qaydalarındakı yeniliklər haqqında məlumat verib. Müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib. Seminar sual-cavab bölməsi ilə başa çatıb.

Qeyd edək ki, iki gün əvvəl AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyətinə oyun qaydaları üzrə seminar keçib.

Geri qayıt