Birxeber.az / Qəzzada quru əməliyyatı başlayandan bəri 195 İsrail əsgəri öldürülüb

Qəzzada quru əməliyyatı başlayandan bəri 195 İsrail əsgəri öldürülüb

21-01-2024, 10:40

2023-cü ilin noyabr ayının sonundan Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı quru əməliyyat başlayandan sonra döyüşlərdə həlak olan İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinin sayı 195-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Belə ki, Qəzza sektorunun şimalında keçirilən əməliyyat zamanı 23 yaşlı hərbçi öldürülüb.

Beləliklə, münaqişənin şiddətlənməsindən bəri ölən israilli əsgərlərin sayı ümumilikdə 530 nəfəri ötüb.

Geri qayıt