Birxeber.az / Şəmkirdə avtomobil qəzası olub, ölən var

Şəmkirdə avtomobil qəzası olub, ölən var

31-01-2024, 10:40

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu ölüb.

Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt