Birxeber.az / Hindistan Myanma ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək

Hindistan Myanma ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək

21-01-2024, 10:40

Hindistan Myanma ilə sərhəddə hasarlar çəkmək niyyətindədir.

“Birxeber.Az” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Amit Şahın deyib.

Onun sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır.

Yeni Dehli həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər.

Nazir əlavə edib ki, həmin şəxslərə yaxın vaxtlarda qonşu ölkəyə daxil olmaq üçün viza da lazım olacaq.

Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.

Geri qayıt