Birxeber.az / Böyük Britaniya husilərə mübarizə aparmaq üçün 514 milyon dollar xərcləyəcək

Böyük Britaniya husilərə mübarizə aparmaq üçün 514 milyon dollar xərcləyəcək

21-01-2024, 09:50

Böyük Britaniya Qırmızı dənizdə husilərin ticarət gəmilərinə müntəzəm hücumları fonunda pilotsuz təyyarələrlə mübarizə üçün istifadə edilən Sea Viper hava hücumundan müdafiə sistemini təkmilləşdirmək üçün 514 milyon dollar xərcləyəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə Reuters Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hava hücumundan müdafiə sistemi yeni döyüş başlıqlarına malik raketlərlə və ballistik raket hücumlarını dəf etmək üçün təkmilləşdirilmiş proqram təminatı ilə təchiz ediləcək. Bu vəzifələri Avropanın raket sistemləri istehsalçısı MBDA-nın Britaniya filialı həyata keçirəcək.

Yanvarın 20-də Reuters agentliyi yazıb ki, Livan Hizbullah hərəkatı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri Qırmızı dənizdə şiə Ənsar Allah hərəkatının (husilər) hücumlarını əlaqələndirmək üçün Yəməndədirlər.

Qeyd edək ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başladılar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.

Husilər deyirlər ki, onlar yalnız İsrail limanlarına üz tutan və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başladı.

Bir sıra şirkətlər artıq gəmilərini Ədən körfəzini Qırmızı dənizə birləşdirən və dünya üçün mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazından keçirməyəcəklərini açıqlayıb.

Geri qayıt