Birxeber.az / Ötən il Azərbaycandan ixrac olunan mallara 72.5 min mənşə sertifikatı verilib

Ötən il Azərbaycandan ixrac olunan mallara 72.5 min mənşə sertifikatı verilib

31-01-2024, 09:50

2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 72 554 mənşə sertifikatı verilib.

APA-Economics” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə ötən il bu göstərici 18,7% artıb. Belə ki, 2022-ci il ərzində Dövlət Xidməti tərəfindən ixrac olunan mallara 61 142 mənşə sertifikatı verilib.

Geri qayıt