Birxeber.az / Qəzzada döyüşlərdə ölən israilli hərbçilərin sayı 223-ə yüksəlib

Qəzzada döyüşlərdə ölən israilli hərbçilərin sayı 223-ə yüksəlib

31-01-2024, 09:50

İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 223-ə yüksəlib.

Birxeber.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin saytında məlumat verilib.

Bildirilib ki, bu gün Qəzzanın müxtəlif istiqamətlərində 3 hərbçi ölüb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.

Geri qayıt