Birxeber.az / Cənubi Koreyada F-16 təyyarəsi qəzaya uğrayıb

Cənubi Koreyada F-16 təyyarəsi qəzaya uğrayıb

31-01-2024, 06:50

Cənubi Koreyada ABŞ hərbçilərinin F-16 qırıcısı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Yonhap News" məlumat yayıb.

Təyyarənin dənizə düşdüyü qeyd edilir. Pilot xilas edilib və xəsarət almayıb. Hadisə təxminən saat 8:40-da (Bakı vaxtı ilə 03:40) Çolla-Pukto əyalətinin Qunsan şəhəri yaxınlığında baş verib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 41-ci Helikopter Dəniz Hücum Eskadrasına aid MH-60R helikopteri Kaliforniyada San Dieqo yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Dekabr ayında Amerikanın F-16 qırıcısı Cənubi Koreyada Çolla-Pukto əyalətinin Qunsan şəhəri yaxınlığında təlim zamanı qəzaya uğramışdı.

Geri qayıt