Birxeber.az / Qırmızı Xaç Federasiyası dünyanı peyvənd ehtiyatı toplamağa çağırıb

Qırmızı Xaç Federasiyası dünyanı peyvənd ehtiyatı toplamağa çağırıb

31-01-2024, 06:40

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası dünya ictimaiyyətinə gələcək pandemiyalar üçün qlobal peyvənd ehtiyatı yaratmağı tövsiyə edib.

“Birxeber.Az” bu barədə TASS-a istinadən xəbər verir.

Cenevrədə dərc olunmuş hesabatda qeyd olunur ki, bu yolla dünyanın bütün regionlarında onların ədalətli şəkildə bölüşdürülməsini təmin etmək mümkün olacaq.

"Dövlətlər bütün regionlarda peyvəndlərin mövcudluğunu və ədalətli paylanmasını təmin edəcək beynəlxalq "vaksin bankı" yaratmaqla növbəti pandemiyaya hazırlaşmalıdırlar", - federasiyadan bildirilib.

Təşkilat rəsmilərinin fikrincə, dünya birliyi pandemiya dövründə əhalini ərzaqla, tibbi yardımla təmin edən, informasiya və təhsil sahəsində çalışanların immunizasiyası və ya dərman vasitələri ilə təmin olunmasına üstünlük verməlidir. Onlar hesab edir ki, pandemiya zamanı kommunikasiya kampaniyası “fövqəlmillətli orqan” tərəfindən aparılmalıdır.

Hesabat Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə işləyən 90 cəmiyyətin 16 027 əməkdaşının sorğusuna əsaslanır. Onlardan COVID-19 pandemiyası zamanı vəziyyətlə bağlı fikirlərini bölüşmələri xahiş olunub. Tədqiqatda səhiyyə, təhsil, nəqliyyat işçiləri, qeyri-hökumət təşkilatlarının, biznes və media nümayəndələri iştirak ediblər.

Respondentlərin yarıdan çoxu pandemiya zamanı hökumətlərinin fəaliyyətini müsbət qiymətləndirdiklərini söyləyiblər. Onların təxminən 70 %-i koronavirusa yoluxmağa çox qorxduqlarını və yarıdan çoxunun maddi itkilərə məruz qaldığını bildirib. Böyük əksəriyyət pandemiya dövründə yüksək peşəkar əhəmiyyət kəsb etmələrinə baxmayaraq, peyvənd üçün prioritet qruplara daxil edilmədiklərini bildirib. Səhiyyə və mediada çalışanların təxminən yarısı öz işlərində ayrı-seçkiliyə məruz qaldıqlarını hiss ediblər.

Geri qayıt