Birxeber.az / Bakıda gənc oğlan boğazından bıçaqlanıb

Bakıda gənc oğlan boğazından bıçaqlanıb

31-01-2024, 03:50

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

28 yaşlı Sadıqov Hüseyn Həbib oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı boğazın kəsilmiş-deşilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Geri qayıt