Birxeber.az / Rusiyada iki minik maşını toqquşub, ölənlər və yaralananlar var

Rusiyada iki minik maşını toqquşub, ölənlər və yaralananlar var

31-01-2024, 03:50

Rusiyanın Samara vilayətində ağır yol qəzası baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

“LADA Granta” ilə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Hadisədə ölənlərin ikisi sürücü olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Geri qayıt