Birxeber.az / Azərbaycanda prezident seçkiləri ilə əlaqədar Rusiyanın 3 şəhərində məntəqələr açılacaq

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar Rusiyanın 3 şəhərində məntəqələr açılacaq

31-01-2024, 03:40

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.

Bu barədə “Birxeber.Az” Azərbaycanın Rusiyadakı Səfirliyinin rəsmi teleqram kanalına istinadən xəbər verir.

Səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski prospekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;

Geri qayıt