Birxeber.az / Bakıda azyaşlılar dəm qazından zəhərləniblər

Bakıda azyaşlılar dəm qazından zəhərləniblər

31-01-2024, 01:50

Bakının Sabunçu rayonunda iki nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün vermişdi.

Geri qayıt