Birxeber.az / Çexiyada epidemiya səbəbindən 70 min ev quşu məhv ediləcək

Çexiyada epidemiya səbəbindən 70 min ev quşu məhv ediləcək

31-01-2024, 01:40

Çexiyanın şimal-şərqindəki Kosorin kəndindəki ticarət fermasında quş qripi epidemiyası qeydə alınıb.

"Birxeber.Az"un məlumatına görə, bu barədə ölkənin kənd təsərrüfatı naziri Marek Vıbornı “X” sosial şəbəkəsində məlumat verib.

Nazir qeyd edib ki, bu, ilin ilk epidemiyası sayılır.

Ölkənin Sanitar və Baytarlıq Müfəttişliyinin nümayəndəsi Radek Axmann bildirib ki, fermada təxminən 70 min ev quşu eləcə də, onlardan alınan bütün yumurtalar da məhv edilməlidir.

Qeyd edək ki, yanvarın 26-da Çexiyanın cənubundakı Çeske Budeyovitse və Jindriçuv Qradec şəhərlərində quşlarda yüksək patogen H5N1 quş qripi virusu aşkarlanıb. Onun xüsusi təhlükəsi quşlardan insanlara keçə bilməsidir.

Geri qayıt