Birxeber.az / Fransada etirazçı fermerlər Parisə gəlmək niyyətindədirlər

Fransada etirazçı fermerlər Parisə gəlmək niyyətindədirlər

31-01-2024, 01:40

Fransada etiraz aksiyası keçirən fermerlər ölkənin paytaxt regionunda əsas magistral yolları bağlayaraq Parisə yaxınlaşmaq niyyətində olduqlarını bəyan ediblər.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bir neçə həmkarlar ittifaqı niyyətlərini baş nazir Qabriel Attalın Fransa Milli Assambleyasında çıxışından sonra açıqlayıb.

"İstiqamətimizi Parisə yönəltmək niyyətindəyik, çünki bizdə belə bir təəssürat yaranıb ki, hökumət Parisə yaxınlaşana qədər bizi eşitməyəcək. Bu gün kənd təsərrüfatı mövzusuna toxunan, lakin heç bir konkret tədbir daxil olmayan ümumi siyasi bəyanat eşitdik. Cümə günü elan edilənlərə əlavə olaraq tədbirlər görülməlidir”, - Süd İstehsalçıları Birliyinin sədri Yoan Barb LCI telekanalının efirində deyib.

"Keçən cümə günü sadəcə olaraq deyilənləri təkrarlayan bu bəyanatlardan sonra səfərbərliyimizi davam etdiririk. Üzvlərimiz səfərbərliyin sonunu başa düşməyəcəklər və bu, haqlıdır. Qabriel Attalın əkinçilik ictimaiyyətinə aydın və ciddi bəyanatla müraciət etməsini gözləyirik", - “Gənc fermerlər” həmkarlar ittifaqının baş katibi Pyerik Orel deyib.

Geri qayıt