Birxeber.az / "Klon" serialının məşhur aktrisası vəfat edib

"Klon" serialının məşhur aktrisası vəfat edib

30-01-2024, 23:50

Braziliyalı aktrisa Jandira Martini vəfat edib.

Birxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktrisanın sənət dostu özünün sosial media hesabında yazıb.

78 yaşında vəfat edən aktrisanın ölüm səbəbi qeyd olunmasa da, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.

Qeyd edək ki, Jandira Martini Azərbaycan tamaşaçısına "Klon" serialındakı Zorayde obrazı ilə tanışdır. Sözügedən serial digər aktyor və aktrisalar kimi Martiniyə də dünya şöhrəti qazandırıb.

Geri qayıt