Birxeber.az / Zaxarova: Ermənistanda Rusiyanı ləkələməklə bağlı ictimai kampaniyanın davamı üçün şərait yaradılır

Zaxarova: Ermənistanda Rusiyanı ləkələməklə bağlı ictimai kampaniyanın davamı üçün şərait yaradılır

30-01-2024, 23:40

Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

XİN rəsmisi qeyd edib ki, Ermənistanda Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün başlanmış ictimai kampaniya bu cür çaşqınlıqlara şərait yaradır.

Onun sözlərinə görə, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil:

“Biz Ermənistan hakimiyyətindən gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik. Rusiya mühasirə zamanı həlak olan leninqradlıların xatirəsinin ələ salınmasına icazə verməyəcək".

Qeyd edək ki, yanvarın 29-da İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə vandalizmə məruz qalıb.

Geri qayıt