Birxeber.az / Rusiyada internetlə bağlı yaranmış problemin səbəbi açıqlanıb

Rusiyada internetlə bağlı yaranmış problemin səbəbi açıqlanıb

30-01-2024, 21:50

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ölkə ərazisində internetdə yaranmış problemlə bağlı rəsmi məlumat yayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məlumatda "RU" zonasında saytlara girişin yaxın gələcəkdə bərpa olunacağı bildirilib.

Qeyd olunub ki, internetlə bağlı yaranmış texniki problem Qlobal DNSSEC (Məlumatların bütövlüyünü və etibarlılığını təmin edən DNS protokoluna əlavələr toplusu) infrastrukturu ilə əlaqəlidir.

İnternet Texniki Mərkəzinin və MSK-IX-in mütəxəssisləri bunun aradan qaldırılması üzərində işləyirlər.

Artıq Milli Domen Adları Sisteminin abunəçiləri üçün problem həll olunub.

Bərpa işləri aparılır.

Geri qayıt