Birxeber.az / Premyer Liqa: "Neftçi" ilin ilk oyununda "Sabah"ın qonağı olacaq

Premyer Liqa: "Neftçi" ilin ilk oyununda "Sabah"ın qonağı olacaq

21-01-2024, 09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

"Birxeber.Az"un məlumatına görə, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edəcək.

Matç saat 16:00-da başlanacaq. "Ağ-qaralar" 28 xalla 3-cü, meydan sahibləri 22 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, XIX turun digər görüşlər 22-23 yanvarda gerçəkləşəcək.

Geri qayıt