Birxeber.az / Meksikada ikimərtəbəli avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb

Meksikada ikimərtəbəli avtobus qəzaya uğrayıb, 20 nəfər ölüb

30-01-2024, 20:50

Meksikanın şimal-qərbində qoşqulu nəqliyyat vasitəsi ilə ikimərtəbəli avtobus toqquşub.

Birxeber.Az xəbər verir ki, bu barədə “Diario de Mexico” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 22-si isə yaralanıb.

Qəza Sinaloa ştatının Kulakan-Masatlan şəhərləri arasındakı magistralda baş verib.

Hadisə ilə bağlı magistralda nəqliyyatın hərəkəti dayanıb.

Geri qayıt