Birxeber.az / Borrell: “Aİ hərbi mobilliyin artırılmasına 1,7 milyard avro xərcləyib”

Borrell: “Aİ hərbi mobilliyin artırılmasına 1,7 milyard avro xərcləyib”

30-01-2024, 20:40

Avropa İttifaqı Avropada böyük münaqişə vəziyyətində hərbi qüvvələrin yerdəyişməsi üçün lazım olan hərbi mobilliyin artırılmasına artıq 1,7 milyard avro xərcləyib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Belçikanın təşkil etdiyi hərbi mobillik üzrə Avropa forumunda bildirib.

“2018-ci ildən bəri Aİ hərbi qüvvələrin mobillik səviyyəsini artırmaq üçün Aİ-nin 21 ölkəsində 95 layihəyə artıq 1,7 milyard avro sərmayə qoyub. Lakin Ukraynadakı münaqişə göstərdi ki, bu kifayət deyil və biz təhlükəsizliyimizi təmin etmək üçün daha çoxunu etməliyik”, - o deyib.

Geri qayıt