Birxeber.az / Norveçin suveren fondu 2023-cü ildə rekord gəlir əldə edib

Norveçin suveren fondu 2023-cü ildə rekord gəlir əldə edib

30-01-2024, 20:40

Dünyanın ən böyük suveren milli rifah fondu olan Norveç Dövlət Pensiya Fondu (Neft Fondu) 2023-cü ilin yekunları üzrə rekord məbləğdə - 2,222 milyard kron (213 milyard ABŞ dolları) gəlir əldə edib.

Bu barədə “Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir.

Fondun hesabatında qeyd edilir ki, investisiya gəlirləri, o cümlədən milli valyutanın zəifləməsi və texnoloji şirkətlərin səhmlərinin bahalaşması səbəbindən, 16,1% təşkil edib.

Fond səhmlərə investisiyalardan 21,3%, sabit gəlir alətlərinə investisiyalardan 6,1%, bərpa olunan enerji mənbələrinə investisiyalardan 3,7% gəlir əldə edib. Eyni zamanda, Fond daşınmaz əmlak investisiyalarında 12,4% itirib.

“Yüksək inflyasiya və geosiyasi təlatümlərə baxmayaraq, səhm bazarı 2023-cü ildə zəif 2022-ci illə müqayisədə çox güclü olub. Xüsusilə texnologiya şirkətlərinin səhmləri çox yaxşı nəticə göstərib”, - “Norges Bank Investment Management”in baş icraçı direktoru Nikolay Tangen bildirib.

Geri qayıt