Birxeber.az / Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

30-01-2024, 20:40

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

Geri qayıt