Birxeber.az / Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan ediblər

Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan ediblər

30-01-2024, 19:50

Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan ediblər.

Birxeber.Az "Al-Arabiya"ya istinadən xəbər verir ki, bu barədə Husi qüvvələrinin komandiri Məhəmməd əl-Atifi yaydığı açıqlamada bildirib.

"Biz istibdad qüvvələri ilə uzunmüddətli qarşıdurmaya hazırıq. Amerikalılar, britaniyalılar və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü dərk etməlidirlər və bu barədə heç bir mübahisə yoxdur", - o deyib.

Xatırladaq ki, Husi üsyançıları Qırmızı dənizdə yük gəmilərinə hücum edir. Husilər bildirib ki, onlar bu hücumlarla Qəzzada fələstinliləri müdafiə edirlər, çünki hücum etdikləri gəmilər İsraillə əlaqəlidir. Hücumlara görə, ABŞ və Britaniya yanvarın əvvəlində husilərin hədəflərinə hava zərbələr endirib.

Geri qayıt